Dostluq Qrupunun təsis yığıncağı keçirilib
Bundan başqa, tədbir zamanı Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli çıxış edərək, Azərbaycanın Kanada ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirmiş və iki ölkə arasında əlaqələrin tərəqqisi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutmasının vacibliyini vurğulanıb. Eyni zamanda parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığı da qeyd edilmiş və millət vəkillərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdiriləcəyinə əminlik ifadə olunub. Bundan başqa, Kanada şirkətlərinin Azərbaycandakı fəaliyyəti və ölkəmizdə əldə etdiyi müqavilələr barədə iştitrakçılara məlumat verilib.
Dostluq Qrupunun sədri Ceymi Şmeyl isə öz çıxışında Kanadanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Müzakirələr zamanı Ermənistan-Azərbaycan münaqişəsi, regiondakı geosiyasi vəziyyət, enerji layihələri, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlərə toxunulub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


