ABŞ-da qanlı atışma: 5 ölü, 3 yaralı

ABŞ-da qanlı atışma: 5 ölü, 3 yaralı
  10 Mart 2016    Oxunub:1573
ABŞ-ın Pensilvaniya ştatında ötən gecə baş verən atışma nəticəsində 5 nəfər ölüb, daha üç nəfər yaralanıb.
AzVision.az `İnterfax`-a istinadən xəər verir ki, hadisə Pittsburq şəhərində baş verib.

Polisin yaydığı məlumata görə, ölənlərdən dördü qadın, biri isə kişidir.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə zamanı azı 20 atəş səsi eşidilib.

Hələlik qətlin motivi bilinmir. Qatilin axtarılması üzrə işlər aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti