Dünyanın ən baxımlı serialının görüntüləri yayıldı - VİDEO

Dünyanın ən baxımlı serialının görüntüləri yayıldı - VİDEO
  09 Mart 2016    Oxunub:4884
ABŞ-ın “HBO” telekanalı “Taxtların oyunu” (Game of Thrones) serialının altıncı mövsümümün treylerini yayımlayıb.
AzVision.az xəbər verir ki, treyler serialın rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Treylerdə Kit Harinqtonunun canlandırdığı Con Snounun cəsədi göstərilir.

Qeyd edək ki, fevral ayında “HBO” telekanalı “Taxtların oyunu” (Game of Thrones) serialının altıncı mövsümümün tizeri yayılmışdı.



Görüntülərdə teleserialın ötən mövsümlərindən efirə verilən ən maraqlı görüntüləri yer alıb, həmçinin yeni mövsümün başlanacağı ay qeyd olunur.

Videoda üçgözlü qarğa (Maks fon Syodov səsləndirir) danışır: “Biz izləyir, biz dinləyir və xatırlayırıq. Keçmiş artıq yazılıb. Mürəkkəb artıq quruyub”.

“Winter Is Coming” redaksiyasından olan serial fanatlarının fikrincə, üçgözlü qarğa serialın əsas qəhrəmanlarından biri Bran Starka yaşıl görücülüyün (greenseer – “Taxt Oyunları” və Martinin romanlarında keçmiş və gələcəyi görmək qabiliyyətidir) əsaslarını başa salır.

“Onlar nələrin baş verəcəyini təsəvvür belə etmirlər”, - deyə tizerin finalında Bran bildirir.

Taxtların Oyunu - Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti