Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır
  09 Mart 2016    Oxunub:2691
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın Azərbaycana silah satmasını sərt şəkildə tənqid edib.
AzVision.az xəbər verir ki, bu barədə nazir `Kommersant`a- müsahibəsində bildirib.

“Son illər Azərbaycan öz hərbi xərclərini dəfələrlə artırıb. Bizim hərbi və hərbi-texniki sahələr də daxil olmaqla, Rusiya ilə strateji əhəmiyyətə malik əlaqələrimiz var. Heç kimə sirr deyil ki, biz ilk olaraq silahları strateji tərəfdaşımızdan alırıq. Bundan sonra da Rusiya ilə hərbi-texniki planda sıx əməkdaşlığı genişləndirmək niyyətindəyik”, - deyə Nalbandyan vurğulayıb.

Nazir ən böyük silah istehsalçılarından biri kimi Rusiyanın digər ölkələrə silah satmasının təbii olduğunu qeyd edib: “Biz Azərbaycanın silah almasına görə şad deyilik. Silahların KTMT-da daxil olmaqla, Ermənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə bu qədər səy göstərən tərəfdaşımızdan - Rusiyadan alınması bizim xoşumuza gəlmir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti