İŞİD-in hərbi naziri öldürüldü

İŞİD-in hərbi naziri öldürüldü
  09 Mart 2016    Oxunub:2337
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hərbi naziri hesab olunan Abu Omar əş-Şişani böyük hərbi əməliyyatlar zamanı öldürülüb.
AzVision.az xəbər verir ki, `CNN` telekanal məlumat yayıb.

Bildirilib ki, Şişaninin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat martın 4-də Suriyanın Əş-Şaddadi şəhərində keçirilib. Orada İŞİD-in üç il əvvəl ələ keçirdiyi böyük neft yatağı yerləşir. Şəhər strateji əhəmiyyət daşıyır və Mosula gedən şosenin üzərində yerləşir.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk faktı təsdiqləyib. O, bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti