Rusiyada dopinq qalmaqalı böyüyür

Rusiyada dopinq qalmaqalı böyüyür
  09 Mart 2016    Oxunub:2333
Rusiya ilə bağlı dopinq qalmaqalı getdikcə böyüyür.
Tennis ulduzu Mariya Şarapovanın ardınca daha 3 rusiyalı idmançının qanında bu ilin yanvarından qadağan olunmuş meldonit maddəsi aşkar edilib.

Bunlar voleybol millisinin üzvü Aleksandr Markin,5 qat dünya çempionu xizəksürən (Konki) Pavel Kulijnikov və qısa məsafəyə qaçan xizəkçi (Olimpia çempionu) Semyon Elistratovdur.

Həmçinin fiqurlu konki sürən Ekatrina Bobrova və onun tərəfdaşı Simitri Solovyev, buna görə Bostonda keçiriləcək dünya çempionatından xaric ediliblər.

Bundan başqa velosipedçi Eduard Vorqanovda eyni maaddə aşkar edilib.

Meldonit harmonal dərmanlar sinfinə daxildir. Onu latviyalı akademik Ivars Kalvins icad edib. O, bunun dopinq yox, dərman olduğunu deyir.

Kalvinsin sözlərinə görə, bu dərmanı il ərzində 2 milyona yaxın adam qəbul edir.

AzVision.az


Teqlər:





Xəbər lenti