Xalq artistinin vəziyyəti necədir?

Xalq artistinin vəziyyəti necədir?
  08 Mart 2016    Oxunub:3061
Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun müalicəsi davam etdirilir.
Diktorun qızı Mehriban Ələsgərova AzVision.az-a açıqlamasında atasının səhhətinin normal olduğunu deyib.

“Atam özünü yaxşı hiss edir. Bir az təzyiqi aşağıdır. Hazırda həkim nəzarətindədir. Əvəllər yemək yeyə bilmirdi, indi yavaş-yavaş qida qəbul edə bilir. Bir az yuxu problemi var. Hərdən yatır, hərdən yuxusu ərşə çəkilir. Buna görə bir qədər əsəbi olur”.

M. Ələsgərova bildirib ki, diktor bir müddət xəstəxanada qalmalı olacaq: “Müalicələr davam etdiyindən bir neçə gün evə buraxılmayacaq. Səhhəti bir az normal olandan sonra, həkimlərin icazəsi ilə evə aparacağıq”.

Qeyd edək ki, Sabir Ələsgərov böyrəklərində yaranan problemlə əlaqədar fevralın 24-də 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti