@ işarəsi və elektron poçtun yaradıcısı öldü

@ işarəsi və elektron poçtun yaradıcısı öldü
  07 Mart 2016    Oxunub:4495
Elektron poçtun yaradıcısı 74 yaşlı Roy Tomlinson ürək tutmasından ölüb.
Bu barədə AzVision.az `BBc`-yə istinadən xəbər verir.

Amerikalı proqramçı Roy Tomlinson bütün dünyada internetin yaradıcısı və pioneri kimi tarixə düşüb. Məhz o ilk dəfə @ (ət) işarəsindən elektron məktublarda istifadə etməyə başlayıb.

Tomlinson ilk dəfə 1971-ci ildə bir kompüterdən digər kompüterə elektron poçt göndərilməsi ideyasını irəli sürüb. Onun bu kəşfi ümumilikdə internetin inkişafı ilə nəticələnib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti