Fətullah Gülənin qəzeti artıq Ərdoğana işləyir
Şənbə günü köhnə əməkdaşların çap etdiyi son nəşrində qəzetdə yazılıb ki, Türkiyə mətbuatı "qara günlərindən" birini yaşayıb.
Bu arada Zaman qəzetinin keçmiş əməkdaşları bazar günü yeni qəzet buraxıb.
Cümə günü gecə saatlarında polis Zamanın İstanbul nəşriyyatında reyd keçirib, lakin qəzetin menecerləri şənbə günü sayını nəşrə çıxara bilib.
Məhkəmənin qərarına görə hələ ki, heç bir səbəb verilməyib.
Türkiyənin baş naziri Ahmet Davutoğlu deyib ki, məsələ "siyasi deyil, hüquqidir".
Şənbə günü polis qəzetin 500-dən çox tərəfdarının keçirdiyi aksiyanı suvuranlardan, gözyaşardıcı qazlardan və dəyənəklərdən istifadə edərək dağıdıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


