Rusiya səfirliyinə hücum edildi - VİDEO
Məlumat da bildirilir ki, 10 nəfərdən ibarət qrup əllərində yanan məşəl tutublarmış. Mənbə bildirir ki, xuliqanlıq hərəkətlərinin nəticəsində 3 avtomobil əzilib.
Ukrayna polisi hadisə ilə əlaqədar cinayət işi açıb. Hücum edənləri 4 ilə qədər həbs cəzası gözləyir.
Kreml hadisə ilə bağlı Ukraynaya nota göndərib. Rusiya səfirliyinin mətbuat katibi Oleq Qrişin bildirib ki, aksiya əvvəldən planlaşdırılıb və hücuma yaxşı hazırlıq görülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


