Yanukoviç və keçmiş komandasına ağır zərbə

Yanukoviç və keçmiş komandasına ağır zərbə
  06 Mart 2016    Oxunub:1836
Avropa Birliyi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə və ona yaxın olan 15 nəfərə qarşı sanksiyaları uzadıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, sanksiyalar 2017-ci ilin martın 6-a kimi artırılıb.

AB-nin `qara siyahı`sına iki keçmiş baş nazir Nikolay Azarov və Sergey Arbuzovla yanaşı Yanukoviç adminstrasiyasının sabiq rəhbəri Andrey Kluçev də daxil edilib.

Ukrayna hakimiyyəti sanksiyaların uzadılmasını razılıqla qarşılayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti