Bakıya işləməyə gələn Türkiyə vətəndaşı yoxa çıxıb

Bakıya işləməyə gələn Türkiyə vətəndaşı yoxa çıxıb
  06 Mart 2016    Oxunub:1861
Türkiyədən işləmək üçün Azərbaycana gələn 3 uşaq atası, 38 yaşlı Mehmet Çölələk itkin düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Vəciha Çökələk məlumat verib.

Onun sözlərinə görə, Mehmet Çölələk 2014-cü ildə bir şirkətdə inşaat işçisi olaraq Bakıya gedib.

`İlk 3-4 ay onunla telefonla əlaqə saxlasaq da, sonradan həyat yoldaşımdan heç bir xəbər ala bilmədik. Sonuncu dəfə danışanda Mehmet Türkiyəyə qayıdacağını dedi. Artıq 18 aydır ki, ondan xəbər yoxdur`-deyə həyat yoldaşı bildirib.

Ailəsi Mehmetin Bakıda işlədiyi şirkətlə əlaqə saxlayıb və işdən çıxdığını öyrənib. Daha sonra Konsulluğa müraciət ediblər və onun pasportunun vizasının 2017-ci ilə qədər yeniləndiyi məlum olub.

AzVision.az


Teqlər:  



Xəbər lenti