Rusiya müdafiə xərclərini azaldır

Rusiya müdafiə xərclərini azaldır
  06 Mart 2016    Oxunub:2253
Rusiya müdafiə xərcləri 5 faiz azaldılacaq.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Şvetsova bildirib.

Onun sözlərinə görə, müdafiə büdcəsi 10 faiz deyil, 5 faiz ixtisar olunacaq.

Qeyd edək ki, Rusiyanın 2016-cı il büdcəsində milli müdafiə xərcləri 3,14 trilyon rubl (65,1 milyard dollar) nəzərdə tutulmuşdu. Lakin xərclərin 160 milyard rubl (3,3 milyard dolar) azaldılmasından sonra müdafiə büdcəsi 62 milyard dollar təşkil edəcək.

2015-ci ildə Rusiya müdafiə xərclərini 4% azaltmağa məcbur olmuşdu.

AzVision.az


Teqlər:



Xəbər lenti