XİN erməni yalanının üstünü açdı
Bunu AzVision.az-a ABŞ-ın Corcia ştatının nümayəndələr palatasının qondarma Dağlıq Qarabağı tanıması barəsində qəbul etdiyi qətnamə ilə əlaqədar XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistan bu kimi cılız və təxribatçı əməllərlə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında danışıqlar yolu ilə həllinə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə xələl gətirməyə, Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və mövcud status kvonu saxlamağa çalışır.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


