Uşaqlarda ən çox rast gəlinən onkoloji xəstəlik

Uşaqlarda ən çox rast gəlinən onkoloji xəstəlik
  04 Mart 2016    Oxunub:3092
“Uşaq leykozu uşaqlarda ən çox rast gəlinən onkoloji xəstəlikdir. Ümumiyyətlə uşaq leykozlarının payına uşaqlar arasında bütün onkoloji xəstəliklərin 1/3 düşür”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş Hematoloqu Çingiz Əsədov deyib. Onun sözlərinə görə, müasir təbabətdə leykozlar problemi səhiyyənin ən aktual problemlərindən biridir: “Bütün bədxassəli xəstəliklərin təxminən 8%-ni təşkil edərək, leykozlar xərçəngin ən çox rast gəlinən 6 növü siyahısına daxildir. Uşaq leykozu uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəlikdir. Ümumiyyətlə uşaq leykozlarının payına uşaqlar arasında bütün onkoloji xəstəliklərin 1/3 düşür”.

Baş hematoloq əlavə edib ki, son zamanlar leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir: `Bu ilk növbədə leykozların molekulayar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin traqet (hədəf) terapiyası üsullarının işlənib-hazırlanmasına aiddir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi ilə ET Hematologiya və Transfuziologiya İnstitutunda bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub. Leykoza gətiribçıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də DNT səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyən edilməsi praktikaya tətbiq edilib.

Səhiyyə Nazirliyi tərəfindən xronik miyeloleykozun hədəf müalicəsi üçün istifadə edilən "tasiqna" innovasion preparatı əldə edilib. Və nəhayət leykozların müalicəsində sümük iliyi transplantasiyası üsulu da tətbiq edilməyə başlanıb. Bu isə leykozlu xəstələrin yaşama müddətinin artmasına, onların həyat keyfiyyətinin yaxşılaşmasına və hətta tam sağalmasına zəmin yaradıb`.

Ölkədə qan xəstəliyi baxımından ümumi fon yaxşıdır deyən Baş Hematoloq qeyd edib ki, hazırda Şəki, Ağdaş, Kürdəmir, cənub rayonlarında talassemiya xəstəliyinə daha çox rastlanır.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti