Roqozin “Kommersant”ın iddiasına cavab verdi

Roqozin “Kommersant”ın iddiasına cavab verdi
  04 Mart 2016    Oxunub:2209
Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıqda məsuliyyətli və etibarlı tərəfdaşdır.
Bunu Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Twitter səhifəsində yazıb.

Roqozin Bakı səfəri haqda qeyd edib: "Bakıya səfərin əsas nəticəsi: tərəflər bildiriblər ki, hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaşdırlar".

Xatırladaq ki, “Kommersant” qəzeti Azərbaycanın Rusiyadan sifariş verdiyi silahların bir qisminin pulunu neft ucuzlaşdığına görə ödəyə bilmədiyini və Roqozinin borcla bağlı danışıqlar aparmaq üçün Bakıya “planlaşdırılmayan səfər” etdiyini iddia etmişdi.

AzVision.az


Teqlər:  



Xəbər lenti