Azərbaycanlı snayper həlak oldu

Azərbaycanlı snayper həlak oldu
  04 Mart 2016    Oxunub:3735
Ukraynanın Donetsk və Luqansk ərazilərində Rusiyanın 2081 vətəndaşı ölüb və itkin düşüb. Bu, 2016-cı il martın 1-nə olan göstəricidir.
Bu barədə hüquq müdafiəçisi və "Yük-200: Ukraynadan Rusiyaya" cəmiyyətinin təsisçisi Yelena Vasilyeva bildirib.

Vasilyeva, həmçinin Ukraynanın şərqində həlak olan və itkin düşən rusiyalıların yenilənmiş siyahısını elan edib.

Hüquq müdafiəçisinin açıqladığı ölənlər siyahısında azərbaycanlının da adı var. Siyahıda 136-cı sırada yer alan azərbaycanlının adı Ramil Huseynlidir.

"Fidel" ləqəbli Ramil (21.05.1977 – 01.01.2015) Kazanda yaşayırmış və snayper olub. Hüquq müdafiəçilərinin məlumatına görə, onun cəsədi "Yük 200-lə" Azərbaycana göndərilib.

Qeyd edək ki, bu azərbaycanlıların yad müharibədə həlak olmasıyla bağlı ilk informasiya deyil. Və çətin ki, son olsun. Azərbaycanlıların Ukraynada vuruşduğu məlumdur. Həmyerlilərimiz orada həm hökumət qoşunlarının tərəfində, həm də rusiyameyilli separatçıların tərəfində vuruşurlar.

AzVision.az


Teqlər:  



Xəbər lenti