24 saat su olmayacaq

24 saat su olmayacaq
  03 Mart 2016    Oxunub:1904
Bu gecədən etibarən Bakının bəzi əraziləri bir sutka susuz qalacaq.
Bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Anar Cəbrayıllı bildirib ki, Maştağa anbar kompleksindən Ramana anbar kompleksinə qədər çəkilmiş yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulma işləri ilə əlaqədar bu gecədən etibarən 24 saat müddətində Ramana Südçülük Şuşa məcburi köçkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Sovxozu adlanan əraziyə, Samir Əliyev küçəsinə (Aeroport yolunun sağ və sol hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti