`Hizbullah` İslam dünyasının fəxridir – İranın Bakıdakı səfiri

`Hizbullah` İslam dünyasının fəxridir – İranın Bakıdakı səfiri
  03 Mart 2016    Oxunub:2160
Livan “Hizbullah”ı İslam dünyasının fəxridir.
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlamasında dedi:

“Livan “Hizbullah”ı İslam dünyasının fəxridir. Bəzi ərəb ölkələri tərəfindən “Hizbullah”ın terrorist qrup adlandırılması siyasi bir addımdır və bu, yalnız sionist rejimini sevindirir”, - deyə səfir bildirib.

Pakayin Hizbullah müqavimət hərəkatının sionist rejiminə qarşı müqavimətinə və terrorçuluqla hərtərəfli mübarizəsinə işarə edərək əlavə etdi: “Dünya müsəlmanları “Hizbullah”ı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu vardır”.

Səfir daha sonra bildirib: “Hizbullah”ın zəiflədilməsi bəzi qərb və region ölkələri tərəfindən yaradılan və dəstəklənən terrorçu qrupların mənafeyinə xidmət edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti