Gündəlik açıqlandı - Deputatlar 43 məsələyə baxacaq

Gündəlik açıqlandı - Deputatlar 43 məsələyə baxacaq
  03 Mart 2016    Oxunub:1751
Milli Məclisin martın 4-ə təyin edilən növbəti plenar iclasında 43 məsələyə baxılacaq.
AzVision.az xəbər verir ki, bundan öncə parlamentin gündəliyinə 19 məsələ daxil edilmişdi. Milli Məclisin gündəliyinə əlavə olaraq 24 yeni məsələ daxil edilib.

İclasda Ombudsmanın 2015-ci il üzrə illik hesabatı təqdim olunacaq. İki məsələ məhkəmələrə hakim təyin edilməsi ilə bağlıdır. Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında, “Poçt ödəniş xidmətləri haqqında”, İnzibati Xətalar Məcəlləsinə, “Dövlət rüsumu haqqında” , “Kitabxana işi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Publik hüquqi şəxslər haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında”, “İcbari sığortalar haqqında” və digər qanunlara, o cümlədən vergi və mülki məcəllələrə dəyişikliklər ediləcək.

Həmçinin “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti