Narkotikdən zəhərlənən azərbaycanlı tələbənin vəziyyəti ağırdır

Narkotikdən zəhərlənən azərbaycanlı tələbənin vəziyyəti ağırdır
  03 Mart 2016    Oxunub:3806
Ötən gün Türkiyənin Aksaray şəhərində iki azərbaycanlı tələbə narkotikdən zəhərlənib. Hadisə “Aral” yataqxanasında baş verib.
Aksaray Universitetinin Azərbaycandan olan tələbələri - 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynov yataqxanada narkotik (bonzai) qəbul ediblər. Bir qədər sonra hər iki tələbənin vəziyyəti pisləşib. Onlar ağır vəziyyətdə Aksaray dövlət xəstəxanasına çatdırılıblar.

Aparılan müalicələrdən sonra Aqşin Hüseynovun həyati təhlükəsi aradan qaldırılıb, Zeynal Zeynalovun isə vəziyyətinin hələ də ağır olduğu bildirilir.

Aksaray dövlət xəstəxanasından AzVision.az-a verilən məlumata görə, hazırda Zeynal Zeynalovun vəziyyəti ağır olaraq qalır:

“Xəstənin vəziyyəti kritikdir. Onun durumunda hər hansı dəyişiklik yoxdur. Həkimlər tərəfindən lazımı tədbirlər görülür. Hələki Zeynal Zeynalovun vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, Aksarayın hüquq-mühafizə orqanları yataqxanada narkotikdən istifadə ilə bağlı araşdırmalara başlayıb. 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynovun Türkiyədən deportasiya ediləcəyi gözlənilir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  



Xəbər lenti