Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
  03 Mart 2016    Oxunub:4285
Məşhur rusiyalı aktrisa Natalya Kraçkovskaya 77 yaşında vəfat edib.
AzVision.az `LifeNews`-a istinadən xəbər verir ki, o, Moskvada klinikaların birində vəfat edib.

Aktrisa ürək tutmasından sonra xəstəxanaya yerləşdilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kraçkovskaya 1938-ci ilin noyabr ayının 24-də anadan olub. O, 70-dən çox filmdə çəkilib. Aktrisa bir qayda olaraq ikinci dərəcəli, ancaq yadda qalan rolları ifa edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti