`Çətin ki, neftin qiyməti yenidən 100 dollar olsun`

`Çətin ki, neftin qiyməti yenidən 100 dollar olsun`
  03 Mart 2016    Oxunub:2413
Rusiyanın energetika naziri Aleksandr Novak neftin barrel qiymətinin 100 dollar səviyyəsinə qayıtmasının mümkün olmadığını deyib.
AzVision.az ria.ru-ya istinadən xəbər verir ki, nazir neftin qiymətinin yenidən 100 dollar səviyyəsinə qalxacağına inanmağını bildirib.

"Bugünkü qiymətlər şist neftinin istehsal dəyərindən və bazardakı təklifi artıracaq layihələrdən asılıdır”.

A.Novak “qara qızıl”ın qiymətlərinin 50-60 dollar olmasının bazarda təklif çoxluğuna səbəb olacağını və qiymətlərin yenidən aşağı düşməyə başlayacağını qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti