Şimali Koreyaya qarşı yeni sanksiyalar

Şimali Koreyaya qarşı yeni sanksiyalar
  03 Mart 2016    Oxunub:1477
BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların genişləndirilməsini nəzərdə tutan qətnamə qəbul edib.
Buna səbəb Pxenyanın son iki ayda ballistik raketləri sınaqdan keçirməsidir.

Yeni sanksiyalarda Şimali Koreyaya girib-çıxan bütün yüklərin yoxlanılması, həmçinin bu ölkəyə yüngül silahların satışının qadağan edilməsi nəzərdə tutulur.

Sanksiyalara yeni fiziki şəxslər və təşkilatlar da daxil edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti