Məşhur modelin dəhşətli qətlinin təfərrüatı

Məşhur modelin dəhşətli qətlinin təfərrüatı
  02 Mart 2016    Oxunub:3275
Rusiyada ötən ay xüsusi amansızlıqla qətlə yetirilmiş model Stefaniya Dubrovinanın qatilinin bacısı Yelizaveta olduğu sübuta yetirilib.
AzVision.az xəbər verir ki, bacısını qərlə yetirən 19 yaşlı qızı 15 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, hadisə Sankt-Peterburq şəhərində baş verib. 17 yaşlı gənc model Stefaniya Dubrovina adı açıqlanmayan 42 yaşlı şəxsin evində ölü tapılıb.

Polisin hadisənin təfərrüatlarını araşdırdığı zaman dəhşətli faktlar ortaya çıxıb. Məlum olub ki, 42 yaşlı bir şəxsin evində əyləncəyə gələn iki bacı arasında insident yaşanıb.

Müəyyən edilib ki, 19 yaşındakı Elizaveta bacısının gözlərini oyub, qulaqlarını kəsib. Bundan hirsi soyumayan Elizaveta ona 140 dəfə bıçaq zərbəsi endirib.

O da məlum olub ki, Stefaniya 5 yaşında olanda valideynləri onu uşaq evinə verib. Uşaq evində qalmaq istəməyən Stefaniya oradan dəfələrlə qaçaraq küçələrdə yaşayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti