Daxili İşlər Nazirliyindən “Allahu əkbər” açıqlaması

Daxili İşlər Nazirliyindən “Allahu əkbər” açıqlaması
  02 Mart 2016    Oxunub:4218
Rusiya mətbuatında Azərbaycanlı kişinin polis əməkdaşları ilə danışığını “Allahu əkbər” ifadəsi ilə bitirməsi və onun evində aparılan axtarış zamanı dini ekstremist ədəbiyyatın tapılmasına dair məlumat həqiqəti əks etdirmir.
AzVision.az-ın məlumatına görə, bu barədə “Qovorit Moskva” radiostansiyasına müsahibəsində Rusiya Daxili İşlər Nazirliyinin İnformasiya və İctimai əlaqələr üzrə İdarəsinin rəisi Vyaçeslav Stepçenko bildirib.

“Məlumat həqiqəti əks etdirmir. Qətl hadisəsi məişət zəminində baş verib. “Allahu əkbər” jurnalistlərin xəyal məhsuludur”, - deyə Stepçenko bildirib.

Qeyd edək ki, kimliyi açıqlanmayan Azərbaycan vətəndaşı Rusiyada yaşadığı evin sahibini qətlə yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti