Putindən Qorbaçova qeyri-adi yubiley təbriki

Putindən Qorbaçova qeyri-adi yubiley təbriki
  02 Mart 2016    Oxunub:3763
Rusiya prezidenti Vladimir Putin SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorboçuvu yubiley münasibəti ilə təbrik edib.
AzVision.az xəbər verir ki, Putin sabiq prezidentin yaradıcılıq potensialı və onun tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb.

“Sizi parlaq, qeyri-adi, görkəmli dövlət və ictimai xadim kimi tanıyırlar. Sizin professional bilikləriniz, təcrübə, böyük yaradıcılıq potensialınız beynəlxalq humanitar əməkdaşlığın inkişafına xidmət üçün əhəmiyyətlidir”, - deyə vurğulayıb.

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorboçuvun 85 yaşı tamam olur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti