Türkiyədə terror təhlükəsi - 2 İŞİD-çi axtarılır

Türkiyədə terror təhlükəsi - 2 İŞİD-çi axtarılır
  02 Mart 2016    Oxunub:1647
Türkiyənin kəşfiyyat xidməti terror aktı törətmək üçün qeyri-qanuni yolla ölkəyə daxil olan İŞİD qruplaşmasının iki üzvünü axtarır.
AzVision.az xəbər verir ki, hər iki terrorçu 81 vilayətdə axtarışa verilib və onların fotoları hüquq-mühafizə orqanlarına göndərilib.

S.A. və M.A.C. adlı 2 terrorçunun Kahramanmaraşda yaşayan Suriya vətəndaşı İ.H. ilə görüşəcəyi barədə məlumutlar da yayılıb.

Hazırda həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

AzVision.az


Teqlər:  



Xəbər lenti