Bin Laden mirasını kimə vəsiyyət edib?

Bin Laden mirasını kimə vəsiyyət edib?
  02 Mart 2016    Oxunub:2007
“Əl-Kaida” terror təşkilatının keçmiş lideri Usama bin Laden öz vəsiyyətnaməsində qoyduğu mirasın böyük hissəsini “cihad məqsədlərinə” sərf etməsini vəsiyyət edib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, sənəd 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının Pakistanda keçirdiyi əməliyyat zamanı tapılıb.

Amerikalılar hesab edirlər ki, vəsiyyətnamə 1990-cı illərin sonunda yazılıb. Vəsiyyətnamədən əlavə ABŞ kəşfiyyatının əlinə daha 112 sənəd keçib. Onların əksəriyyəti hələ də məxfi saxlanılır.

Qeyd edək ki, Bin Ladenin mirası 29 milyon dollar məbləğində dəyərləndirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti