Məşhur Şahrux Xan Bakıya gəlmək istəyir

Məşhur Şahrux Xan Bakıya gəlmək istəyir
  02 Mart 2016    Oxunub:11748
Məşhur Bollivud ulduzu Şahrux Xan Azərbaycana gəlmək istəyir.
Aktyor bu barədə sosial şəbəkədəki hesabında yazıb.

“Mən dünyanı gəzmək istəyirəm. Bu ölkələr arasında Azərbaycan öndədir. Çünki əlifbada “A” birinci hərifdir. Odur ki, Azərbaycana mütləq gedəcəyəm. Uşaqlıqdan atamla birlikdə “Atlas” oyununu oynamağı xoşlayırdım. Həmin oyundakı qələbəmdən biri də Azərbaycanla bağlı olub. Bu olkənin adını da oradan bilirəm. Azərbaycandakı sevənlərimə görə ora mütləq gedəcəyəm”-deyə məşhur aktyor qeyd edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti