`Universitetlər birləşdirilməlidir...` - Deputatdan təklif

`Universitetlər birləşdirilməlidir...` - Deputatdan təklif
  01 Mart 2016    Oxunub:3440
“Cənab prezidentin tapşırığına əsasən Azərbaycanda özəlləşdirmə ilə bağlı proqram hazırlanır”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Millət vəkili hesab edir ki, strateji əhəmiyyət kəsb etməyən müəssisələr özəlləşdirilməlidir: “Strateji əhəmiyyət kəsb edən şirkətlərin tərkibində elə fəaliyyət növləri var ki, onlar da özəlləşdirilə bilər. Bunlar təmir-tikinti, xidmət və s. sahələri əhatə edir. Bundan əlavə bir sıra səhmdar cəmiyyətlərdə, nazirliklərin tərkibində olan müəyyən xidmət növləri tamamilə özəlləşdirməyə gedə bilər”

Dövlət ali təhsil müəssisələrinin, tibb müəsissələrinin özəlləşdirilməsinə gəlincə, deputat hesab edir ki, onlardan bir çoxları birləşdirilməlidir.

“Bu gün ölkəmizdə o qədər ali təhsil müəssisəsi var ki, oranı bitirən tələbələr iş tapa bilmirlər. Bu təhsil müəssisələrinin birləşdirilməsinə ehtiyac var. Həmçinin özəl tibb klinikaları ölkəmizdə həddən artıq çoxdur. Onlarla bağlı müəyyən təbirlər görülməlidir”.

V.Əhmədov "Azərışiq", "Azəriqaz" və bu kimi dövlət müəssisələrinin özəlləşdirilməsiniə tərəfdar olmadığını deyib: “Onların bir çoxu strateji obyektlərdir. Bu baxımdan strateji obyektlərin özəlləşdirilməsinə meyl etməyə ehtiyac yoxdur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti