Xalq artistinin vəziyyəti ağırdır

Xalq artistinin vəziyyəti ağırdır
  27 Fevral 2016    Oxunub:3690
Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhəti ağır olaraq qalır.
Bu barədə AzVision.az-a xalq artistinin qızı Mehriban Ələsgərova bildirib.

Onun sözlərinə görə, həkimlər Sabir Ələsgərovun qan təzyiqini normallaşdırmağa çalışırlar: “Atam reanimasiya şöbəsindədir. Yanına çox adam buraxılmır. Vəziyyəti hazırda kritikdir. Həkimlər onun qan təzyiqini normallaşdırmağa çalışırlar”.

Qeyd edək ki, Sabir Ələsgərov böyrəklərində yaranan problemlə əlaqədar fevralın 24-də 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti