Xalq artistinin səhhəti qəfil pisləşdi

Xalq artistinin səhhəti qəfil pisləşdi
  25 Fevral 2016    Oxunub:2651
Tanınmış diktor, xalq artisti Sabir Ələsgərovun səhhəti pisləşib.
AzVision.az xəbər verir ki, bunu APA-ya diktorun qızı Mehriban Ələsgərova deyib.

Qızının sözlərinə görə, Sabir Ələsgərovun böyrəklərində problem yaranıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

“Müayinələrin nəticəsi ürəkaçan olmadı. Atamın böyrəkləri sıradan çıxmağa doğru gedir. Dializ aparatına qoşulmalıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti