`Erməni soyqırımı` əslində kimin oyunudur? - TƏHLİL

`Erməni soyqırımı` əslində kimin oyunudur? - TƏHLİL
  10 İyul 2013    Oxunub:1886
Sahil İsgəndərov
Xüsusi olaraq AzVision.az üçün

Görəsən, erməniçilik ideoloqları “erməni soyqırımı” iddiasını siyasiləşdirərək, xüsusi maraqlar güdən dövlətlərə Türkiyəyə təzyiq etmək üçün onların əlinə çox güclü silah veriblər, yoxsa həmin dövlətlər erməniləri özlərinin ikibaşlı oyunlarının münasib alətinə çeviriblər? Yəni kim kimdən istifadə edir?


Yəqin ki, hər iki məqam bir-birini məntiqi baxımdan tamamlayır: qarşılıqlı razılaşma sırf tarixi məsələni siyasi prosesə çevirib. Məhz buna görə öz havadarlarının dəstəyinə arxalanan Ermənistan və erməniçilik ideoloqları “problemin” araşdırılması üçün nüfuzlu tarixçi alimlərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılmasına qarşı çıxırlar. Belə bir komissiyanın yaradılacağı təqdirdə isə onların özünü ifşa edən bir sıra faktlar aşkarlanacaq. Bütün arxiv materiallarının açılması nəticəsində erməni daşnaklarının törətdikləri elə vəhşiliklərini və onların havadarlarının buna sövq etmə əməllərini üzə çıxaracaq ki, bu iddia həmin qüvvələrin özünə qarşı çevriləcək. Buna görə də Türkiyənin ikitərəfli qaydada arxivləri tam açmaq barədə dəfələrlə təkilf irəli sürməsinə baxmayaraq, arxivləri ABŞ-da yeddi möhür arxasında gizlədilən erməni daşnakları buna qəti etiraz edirlər. Mahiyyətcə terrorçu partiya olan “Daşnaksütun”un ABŞ-da rahat yer tapması faktının özü çox maraqlı məqamdır, deyilmi?

Məsələnin araşdırılması üçün isə yalnız Trükiyə, Ermənistan və ABŞ-ın deyil, habelə Antanta bloku ölkələrinin (Rusiya, Böyük Britaniya və Fransa) arxivlərinin açılması zəruridir. Yalnız bu halda o vaxtkı hadisələrin tam və dəqiq mənzərəsini bərpa etmək mümkündür. Bu arxivlərdə erməni daşnaklarının həm dinc erməniləri həm də türk əsgərlərini qətlə yetirərək, sonradan birinciləri qurban, əsgərlərin öldürülməsini isə ermənilər tərəfindən qisas aktı kimi qələmə verməsi barədə Qərb missionerlərinin sahid ifadələri kifayət qədərdir.

Bunu belə olduğunu, ABŞ tarixində Vudro Vilsondan sonra ən ermənipərəst prezident Ronald Reyqanın müşaviri, hüquqşünas Bryus Feynin sözləri də təsdiqləyir: “Ağ Ev 2015-ci ildə Osmanlı imperiyasında yaşanmış hadisələrlə bağlı araşdırmalar aparıb. “Erməni soyqırımı” barədə söhbətlərin əsası yoxdur. Belə ki, 1915-ci ildə ermənilərdən xeyli çox türk həlak olub. Biz o vaxt prezident Reyqanın tapşırığına əsasən bu məsələ ilə bağlı tədqiqat apardıq. Avropa ölkələrinin hərbi arxivində, o vaxtkı Osmanlı imperiyasının arxivində materiallar aşkarlandı. Araşdırmalar nəticəsində müəyyənləşdi ki, həmin dövrdə ermənilərdən xeyli çox türk həlak olub. “Erməni soyqırımı” barədə nağıllar erməni tarixçilərinin təxəyyülünün məhsuludur. O dövrdə erməni quldur dəstələri 2 milyondan artıq türkü qətlə yetiriblər. Birinci Dünya müharibəsindən istifadə edən ermənilər, öz müstəqil dövlətlərini yaratmaq məqsədilə üsyan qaldıraraq Osmanlı imperiaysını sataraq, düşmən qüvvələrlə əməkdaşlığa başlayıblar. İstənilən başqa bir dövlət kimi, Osmanlı imperiyası bu üsyana qarşı tədbirlər görüb. Əgər ermənilər öz iddialarına inanırlarsa niyə onda Beynəlxalq Məhkəməyə müraciət etmirlər. Ona görə Beynəlxalq Məhkəməyə müraciət etmirlər ki, proses çərçivəsində arxivlərin öyrənilməsi lazım gələcək və bu araşdırmaların nəticəsi ermənilərin müstəqillik qazanmaq üçün Osmanlı imperiyasına xəyanətini, müsəlman türkləri öldürməsini, terror aktları törətməsini gösətərəcək”.
Necə deyərlər, şərhə ehtiyac yoxdur.

“Erməni soyqırımı” iddiasının siyasi məqsədəuyğunluq baxımından tanınıb-tanınmaması barədə spekulyativ bəyanatlar daha bir məntiqi sualı ortaya qoyur: Niyə beynəlxalq hüquq normaları, tarixi gerçəkliklər və demokratiya prinsipləri bu və ya digər dövlətin geosiyasi girovuna çevrilməlidir?

Əgər problemin siyasi mahiyyəti açıq-aşkar etiraf olunursa, kim təminat verə bilər ki, bu uydurma “soyqırım” Türkiyəni nüfuzdan salmaq və ona qarşı siyasi şantajdan istifadə etmək aləti kimi yaradılmayıb? Məgər o zaman ölkə daxilində erməni xəyanəti ilə üzləşən Osmanlı imperiyası özü də böyük çətinliklərlə qarşılaşmamışdımı? Məhz bundan sonra, arxa cəbhəni təhlükəsizləşdirmək məqsədilə hökumət ermənilərin ölkənin dərinliklərində yerləşən əyalətlərinə köçürülməsi barədə qərar qəbul etdi.

Və ya başqa bir məqam. Ötən əsərin 90-cı illərində Bosniyada baş verən hadisələr bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib. Lakin buna görə heç kim Serbiyanı bir dövlət kimi mühakimə etməyib. Çox düzgün olaraq, yalnız Serbiyanın bəzi rəhbərləri ittiham olunub. Elə Xatın faciəsinə görə də heç kəs Rusiyanı mühakimə etməyib. Bəs onda niyə “erməni soyqırımı”na görə Türkiyənin bir dövlət kimi mühakimə olunması və cəzalandırılması tələbi qoyulur? Belə differensial yanaşma nədən irəli gəlir? Həm də 100 il öncə Osmanlı imperiyasında yaşanan ümumi fəciəyə görə müasir Türkiyəyə və onun müasir nəslinə qarşı ittihamlar və iddialar irəli sürmək Stali rejiminin “Oğul ataya görə cavabdehdir” cinayətkar fəlsəfəsini xatırlatmırmı?

Belə olan surətdə, “erməni soyqırımı” barədə qeyri-müəyyən cavabların, açıq-aşkar yalanaların və təhrif olunmuş statistikanın hansı məqsədlərə xidmət etdiyi aydınlaşır.

Birincisi, əsatirləşdirilmiş “soyqırım” bütün dünya ermənilərini vahid “ideya” ətrafında birləşdirməyə əla imkan yaradır ki, məhz bundan sonra emosional avropalı xristianlar “erməni soyqırımı”nın inkar olunmasını həqiqətən də cinayət və mənəvi günaha batmaq kimi qiymətləndirirlər.

İkincisi, Ermənistandakı hakim sinif və yerli vətəndaşların hesabına parazitləşərək (tüfeyliləşərək) digər ölkələrdə formalaşmış erməni disaporu, bu “problemi” istismar etməklə, xüsusi fondlarda külli miqdarda vəsait toplayır və həmin vəsaiti müxtəlif ölkələrdə yeni məskunlaşan ermənilərin mövqelərinin möhkəmlənməsinə sərf edir. Bu maliyyə vəsaitinin böyük bir hissəsi həmin dövlətlərdəki vəzifəli şəxslərin, parlamanetarilərin və siyasətbazların ələ alınmasına xərclənir. Paylaşdırma prosesində vəsaitin bir hissəsi yeni erməni milyarderlərinin yetişdirilməsinə yönəldilir ki, onlar da sonradan böyük həvəslə bu hiyləgər oyuna qoşulurlar.

Başqa sözlə, erməni diasporunun fəaliyyət göstərdiyi ölkələrdə yeni istismarçı erməni təbəqəsi yaradılır. Yəni erməni elitası permanent qaydada bu ölkədəki milli elitanı əvəzləyir. Bu oyunun baş təşkilatçısı və masabəyisi rolunda isə erməni ruhaniliyi və dünya ermənilərinin dini-mənəvi mərkəzi olan Eçmiədzin kilsəsi çıxış edir.

Üçüncüsü, “erməni soyqırımı” iddiası istiqamətində aparılan təbliğat və təşviqat işləri yaxın zamanlarda əksər Qərb ölkələrində və Rusiyada öz “bəhrəsi”ni vermək məqsədinə xidmət edir. “Erməni soyqırımı” məsələsi ermənilərə heç bir problem olmadan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bütöv rayonlarında kompakt şəkildə məskunlaşmaq üçün yaşıl işıq yandırıb. Artıq Rusiyada, Fransada, İtaliyada, İspaniyada və Avropanın digər ölkələrində, o cümlədən də Türkiyədə, əhalisi sırf ermənilərdən ibarət olan şəhərciklər və yaşayış məntəqələri yaranıb və yaranmaqdadır. Hətta okeanın o tayənda yerləşən Argentina, Kolumbiya və Uruqvay kimi dövlətlər belə bu məsələdə kənarda qalmayıblar.

Dördüncüsü, “soyqırım” iddiası erməni millətçi-şovinistlərin monoetnik “Böyük Ermənistan” yaradılması istiqamətində triumf anının yetişməsini yaxınlaşdırmaq məqsədini güdür. Bu məsəldə çətin anlaşılan “humanizm” nümayiş etdirən müasir dünya isə erməniçilik ideoloqlarının mənfur ideyalarının və məqsədlərinin könüllü bələdçisinə çevrilirlər. Erməni etnofundamentalistləri tarixin bu dönəmində öz ideyalarının həyata keçirilməsi üçün əlverişli məqamın yetişməsini səbrlə gözləyiblər. Əslində gözləyiblər yox, çalışıblar. Bu baxımdan, onların daha böyük planlarının həyata keçirilməsi üçün yeni bir tarixi dövrün gələcəyi andan kim sığortalanıb?

Həmin anı tezliklə yetişmək üçün erməniçilik ideoloqları yeni saxtakarlıqlar edilməsi, digər xalqlara böhtanlar atmaq, onları təqib etmək, dünya ictimaiyyətini təhriflərlə çaşdırmaq və hörmətsizlik göstərmək taktikasını artıq çoxdan işə salıb.

Əslində Ermənistanın və erməniçilik ideoloqlarının başqa yolu da yoxdur. Çünki Ermənistanın dövlət kimi mövcudluğunun yeganə istinad nöqtəsi məhz “erməni soyqırımı” məsələsidir. Əgər bu əsatir ifşa olunarsa həmin dövlətin siyasi arenadan silinməsi zərurəti ortaya çıxır.

Bu baxımdan ABŞ-ın Arkanzas ştatlarından olan hüquqşünas, sabiq hakim, mömin xristian Samuel Vimsin “Ermənistan: “xristian” terrorçu dövlətin sirrləri” adlı əsərində öz əksini tapmış müddəalar çox ibrətamizdir. Sənədli araşdırmalar əsasında hazırlanmış əsərin üz qabığında “Bu kitabı hər bir xristianın və hər bir amerikalı vergi ödəyicisinin oxuması vacibdir” ifadəsini yazan müəllif, müsəlmanların Amerikaya nifrətinin ən azı bir səbəbinin ona məlum olduğunu qeyd edir: “Kiçicik ölkə olan Ermənistan uzun illər ərzində bütün dünyaya səpələnmiş həmvətənlərinin vasitəsilə xristian dünyasını islama və müsəlmanlara qarşı kökləmək üçün müxtəlif səylət göstərib. Həqiqətən də bu bir faciədir ki, bu gün ABŞ-da bizim köhnə və etibarlı müttəfiqimiz olan Türkiyəyə nifrət kamapaniyasını alışdıran erməni mənşəli amerikalılrdan ibarət kiçik bir qrupcuq fəaliyyət göstərir. Bu cırtdan banda (canilər dəstəsi) bizim qanunverici orqanları Türkiyəni 1915-ci ildəki “soyqırımda” suçlandıran bilmərrə mənasız qətnamələr qəbul etməyə vadar edir. Onlar öz 150 illik “qədim” vətənlərini mükafatlandırmaq üçün həm türklərdən, həm də amerikalı xristianlardan böyük miqdarda pul vəsaiti almaq məqsədilə qətllər və “soyqırım” barədə özlərinin uydurduqları tarixi yamaqla məşuldurlar.

Bir suala cavab verin: siz kimə inanırsınız—ermənilərin salamat və xətərsiz Osmanlı imperiyasını tərk etməsini öz gözləri ilə görmüş amerikalı şahidlərə, yoxsa Osmanlı imperiyası hökumətinin onların 1,5 milyon həmvətənini qətlə yetirdiyini əssasız iddia edən ermənilərə? Bu kitab tarixi, o cümlədən də erməni mənbələrdən götürülmüş, sübutlara əsaslanır. Amerikalı xristinalara özlərinin qərar çıxarması imkanı verilir: kim həqiqəti deyir və kim sırf öz xudbin maraqları naminə yalançı təmsillər uyduru və yayır. Ermənilər öz kilsələlərindən terrorçuluq siyasəti üçün istifadə edirlər. Onlar Qarabağ müsəlmanlarına qarşı soyqırım siyasəti həyata keçiriblər. Total şəkildə korrupsiyaya qurşanmış bu günkü Ermənistanda Hitlerin tərəfində vuruşanlara sitayiş (pərəstiş) edirlər. ABŞ da isə erməni lobbisi vaşinqtonla Bakı arasında dostluq münasibətlərinin inkişafını əngəlləməyə çalışır. Muzdlu erməni agentləri (casusları) isə Birləşmiş Ştatlarda ictimai rəy formalaşdırırlar”.

Şübhəsiz ki, bu yazıda ABŞ-ın iki məşhur tədqiqatçısına istinadən gətirdiyimiz sitatların özü erməniçilik ideoloqlarının və onların havadarlarının siyasi oyunbazlıqlarının ifşası üçün yetərlidir. Amma görəsən bu həqiqəti dünyanın aparıcı dövlətləri dərk edirlərmi? Əgər dərk edirlərsə, çıxarılan nəticə necə olacaq? Elə ən çətin və çətin olduğu qədər də maraqlı sual budur.


Teqlər:  





Xəbər lenti