Ziya Bünyadovun ölümündən 19 il keçdi

Ziya Bünyadovun ölümündən 19 il keçdi
  21 Fevral 2016    Oxunub:3055
Bu gün Azərbaycanın görkəmli şərqşünas və tarixçisi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Ziya Bünyadovun anım günüdür.
AzVision.az xəbər verir ki, Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından misilsiz xidmətlər göstərmiş Z.Bünyadov 1997-ci ilin məhz bu günündə - fevralın 21-də qətlə yetirilib.

Qeyd edək ki, Ziya Bünyadov 1923-cü il, dekabrın 21-də Astara şəhərində anadan olub. Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsil alıb. II dünya müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci il, fevralın 27-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Z.Bünyadov xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biridir. 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü, 1981-ci ildən Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan EA-nın vitse-prezidenti seçilib. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı olub. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixçilərin yalançı iddialarını faktlarla ifşa edib.

O, 1997-ci il fevral ayının 21-də işdən çıxıb evinə gedərkən yaşadığı binanın blokunda qətlə yetirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti