Tərtərdə ağır qəza: ölən və yaralananlar var

Tərtərdə ağır qəza: ölən və yaralananlar var
  20 Fevral 2016    Oxunub:2378
Tərtər rayonunda baş verən ağır yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.
AzVision.az Report-a istinadən xəbər verir ki, qəzada "VAZ - 21099" markalı avtomobilin sürücüsü 33 yaşlı Tehran Hüseynov və “Mercedes”də olan sərnişin 76 yaşlı Rəfiqə Kazımova hadisə yerində keçinib.

Hadisə zamanı hər iki avtomobildə olan 4 sərnişin - 41 yaşlı Nofər Qurbanov, 16 yaşlı Elşən Baxşəliyev, 46 yaşlı İsaq Kazımov və 35 yaşlı Mənsurə Qurbanova ağır bədən xəsarətləri alıb. Yaralılar ilk olaraq Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsələr də, vəziyyətləri ağır olduğu üçün Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

***

Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı "VAZ 21099" markalı avtomobilin sürcüsü və sərnişini ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Baş verən yol qəzasında ölən və yaralananların hələlik şəxsiyyəti məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti