Özünü Kürə atan şəxs xilas edilib

Özünü Kürə atan şəxs xilas edilib
  19 Fevral 2016    Oxunub:1910
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində 1 nəfər intihar məqsədi ilə özünü körpüdən “Kür” çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:08-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti