Qadın sevgilisini və keçmiş ərini necə qatil etdi? - VİDEO

Qadın sevgilisini və keçmiş ərini necə qatil etdi?  - VİDEO
  19 Fevral 2016    Oxunub:4222
Tamah məqsədi ilə öldürülən Bakı sakininin qatilləri 40 gün gizlənə biliblər.
AzVision.az Region TV-yə istinadən xəbər verir ki, hadisə «Hövsan bağları» adlanan ərazidəki bağ evlərindən birində baş verib. Qəsəbə sakini 52 yaşlı Qalib Bağırovun üzərində bıçaq xəsarətləri olan meyidi yaşadığı evdə aşkarlanıb. Qətlin qarət məqsədi ilə törədilməsini ehtimal edən əməliyyatçılar 45 yaşlı Ehtiram Həsənov və 44 yaşlı Mübariz Əliyevdən əsaslı dəllillər olduğu üçün şübhələnməyə başlayıblar.



Aparılan istintaq tədbirləri həmin şəxslərin bu cinayətdə əli olduğunu müəyyən edib. Ömrünün 17 ilini həbsxanada keçirən Ehtiram Həsənovu əməliyatçılar Qaxdan Bakıya qayıdarkən Qəbələ rayon ərazisində həbs ediblər. İstintaqçılarla söhbət zamanı Ehtiram Qalib Bağırovun evinə pul və qızıl-zinət əşyalarını götürmək məqsədi ilə girdiklərini etiraf edib.

Maraqlı məqam odur ki, qətli törədən digər şəxs - Astaranın Ərçivan kənd sakini Mübariz Əliyev Ehtiramın qeyri-rəsmi həyat yoldaşı Mahnurə Hüseynovanın keçmiş əridir. 44 yaşlı Mübariz Əliyevin sözlərinə görə, Ehtiramı keçmiş həyat yoldaşının kirayələdiyi evin sahibi kimi tanıyıb. Qalib Bağırovun evini qarət etmək fikri isə qadına məxsus olub. Mahnurə Hüseynova Ehtiram Həsənova və keçmiş ərinə imkanlı adam kimi tanıdığı Qalib Bağırovun evini qarət etməyi təklif edib.



Hadisə baş verən gün Mahnurə evi onlara göstərib və ərazidən uzaqlaşıb. Səhər tezdən Qalib Bağırov evindən çıxıb işə getmək istəyəndə üzlərini maska ilə bağlayan Ehtiramla Mübariz onu içəri itələyiblər.

Vurduqları adamın öldüyünə əmin olduqdan sonra cütlük onları hadisə yerindən aralıda gözləyən Mahnurə Hüseynovanın yanına yollanıb. İşin alınmadığını bilən qadın sevgilisinə və keçmiş ərinə qaçıb gizlənməyi təklif edib.Artıq qadın da tutuluraq istintaqa cəlb olunub.

Faktla əlaqədar Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir.



AzVision.az


Teqlər:  





Xəbər lenti