`Guya mənim milyonlarım batıb` - Tağı Əhmədov danışdı

`Guya mənim milyonlarım batıb` -  Tağı Əhmədov danışdı
  18 Fevral 2016    Oxunub:5685
Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə reaksiya verib.
Tağı Əhmədov AzVision.az-a açıqlamasında haqqında yayılan xəbərlərin yalan olduğunu bildirib.

“Kim nə istəyir yazsın, bu, məni maraqlandırmır. Guya mənim milyonlarım batıb. Ağ yalandır”-deyə T.Əhmədov vurğulayıb.

Qeyd edək ki, mətbuatda manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti