Bakıda və Masallıda ev yanıb

Bakıda və Masallıda ev yanıb
  18 Fevral 2016    Oxunub:1714
Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Masallı rayonunun Şıxlar kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti