11 yaşlı uşağın müəmmalı intiharı: `Özünü aktyora bənzədib...`

11 yaşlı uşağın müəmmalı intiharı: `Özünü aktyora bənzədib...`
  17 Fevral 2016    Oxunub:15396
Cəlilabad rayonunun Gülməmmədli kəndində intihar hadisəsi baş verib. 11 yaşlı kənd sakini Sabir Nuri özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Hadisəsi ilə bağlı AzVision.az-a açıqlama verən kənd bələdiyyəsinin sədri Cahanşah Əzizov Sabir Nurinin intihar etməsinə inanmadığını bildirib.

“Uşağın atası Səlim Nuri orta məktəbdə müəllim işləyir. Babası isə kəndin məşhur baytarlarından biridir. Sabirin intihar etməsinə heç kim inanmır. Ola bilsin ki, uşaq oynamaq istəyirmiş, məqsəd intihar etmək deyilmiş. Ölümün intihardan baş verməsi inandırıcı görünmür. Onun ailəsinin maddi durumu normaldır. Sabirin intihar etməsinə heç bir səbəb yoxdur”.

Gülməmmədli kəndində məntəqə həkimi işləyən İbrahim Quliyev də Sabirin intihar etmədiyini deyib: “Onların ailələri ilə bağlı heç bir narahatçılıq yoxdur. Uşağın özünü də görmüşəm, dəfələrlə müayinədən keçirmişəm. Onda psixi problem müşahidə edilməyib. Sabir əlaçı şagird olub.

Valideynlərinin dediyinə görə, o, məktəbdən gələndən sonra normal deyib-gülürmüş, hətta mağazaya gedib anası üçün ərzaq da alıb. Sonra dərsələrini hazırlamağa başlayıb. Anası qəfildən görüb ki, uşaq yoxdur, kitabları da stolun üstündə. Babası bu məqamda tövləyə girib, görüb ki, Sabirin meyiti ipdən asılıb”.

Həkimin sözlərinə görə, intihar versiyası inandırıcı olmasa da, ortada bəzi müəmmalı məqamlar var.

“Sabir indiyədək tövləyə girməyib, heç vaxt mal-heyvana baxmayıb. Belə bir versiya var ki, uşaq kinolara baxıb, oradakı intihar səhnələrini öz üzərində yoxlamaq istəyirmiş. Bu versiya inandırıcı görünür. Ola bilsin ki, hansısa kinoda intihar səhnəsi ona təsir edib və özünü həmin aktoya bənzətmək istəyib”.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti