Bakıda bankı qarət etmək istədilər

Bakıda bankı qarət etmək istədilər
  17 Fevral 2016    Oxunub:1510
Bakıda növbəti dəfə bankın qarət olunmasının qarşısı alınıb.
49 yaşlı Elxan Hüseyn oğlu Məsimov banklardan birində həyəcan siqnalının işə düşməsi nəticəsində hadisə yerinə gələn Mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılaraq istintaqa təhvil verilən Elxan əvvəljə polisi taksi fəaliyyəti ilə məşğul olamasına və gecə vaxtı bankın ətrafında düşürdüyü müştərisini axtardığına inandırmağa çalışıb. Dediklərinin inandırıcı olmadığını görəndə isə olanları düzgün danışmaq qərarına gəlib.

Məsimovun sözlərinə görə oğurluğu qaynı Kamran adlı şəxslə planlaşdırıb. Bankın binasında yerələşən bankomatı qarət etmək istəyən Kamran hadisə yerindən qaçaraq gizlənə bilib.

Faktla əlaqədar Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir. (Ans)


Teqlər:





Xəbər lenti