Salyanda ağır yol qəzası

Salyanda ağır yol qəzası
  17 Fevral 2016    Oxunub:1267
Salyanda yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu ərazisində “RAF” markalı mikroavtobus ilə “Mercedes” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Dərhal Fövqəladə Hallar Nazirliyinin Muğan Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 19:25-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti