Aşıq Azərin vəziyyəti kritikdir

Aşıq Azərin vəziyyəti kritikdir
  17 Fevral 2016    Oxunub:3385
Məşhur Aşıq Azər Xanlaroğlunun səhhəti ağır olaraq qalır.
1 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya Şöbəsində müalicə alan aşıq AzVision.az-a 10 gündən sonra əməliyyat olunacağını bildirib.

“Hələ 10 gün reanimasiyada qalmalıyam. Hazırda həkimlər məni kritik vəziyyətdən çıxarmağa çalışırlar. Qaracaiyər və ayağımda olan varikoz genişlənməsi hər an qanaxmaya yarada bilər. Hazırda müalicəm davam edir. Ola bilsin ki, 10 gündən sonra əməliyyat olunacağam.

Aşıq bank hesabına nə qədər vəsaitin yığılmasından xəbərsiz olduğunu deyib: “Sağ olsunlar, köməklik göstərirlər. Dəqiq deyə bilmərəm, hesaba nə qədər pul yığılıb”.

Qeyd edək ki, Aşıq Azər 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəşkin şiş var. O, həmçinin sürətli piylənmədən əziyyət verir.
Xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti