Dəhşətli qətlin səbəbi: `Dedi ki, uşağın başını kəsmişəm`

Dəhşətli qətlin səbəbi: `Dedi ki, uşağın başını kəsmişəm`
  17 Fevral 2016    Oxunub:3842
Beyləqanda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlunun boğazını kəsməsinin səbəbi oğlunu anasına vermək istəməməsi olub.
Dünən- fevralın 15-də 6 yaşlı oğlu Ümidin boğazını kəsən ata daha sonra qardaşına zəng edərək bu barədə məlumat verib. Özü isə hadisə yerindən qaçıb. Z.İsgəndərov fevralın 16-da polis əməkdaşları tərəfindən tutulub.

AzVision.az xəbər verir ki, qatilin qardaşı Vahid İsgəndərov musavat.com-a açıqlamasında hadisənin baş vermə səbəblərini açıqlayıb. Onun sözlərinə görə, buna səbəb qardaşı ilə qayınatası və yoldaşı arasında son günlər baş verən mübahisə olub. Z.İsgəndərov oğlunu anasına vermək istəmirmiş. Hətta buna görə bir neçə dəfə qayınatası ilə aralarında ciddi mübahisələr olub və qayınatası ondan polisə şikayət edib.

Dəhşətli qətli törədən Z.İsgəndərov daha sonra qardaşına zəng edib və oğlunu öldürdüyünü söyləyib:

“Çox vaxt axşamlar uşağı kəndə mağazaya aparırdı. Elə həmin gün də bu adla uşağı evdən götürüb. Qardaşım içki içən idi. Amma uşağa indiyə qədər bir sillə belə vurduğunu görməmişəm. İçəndən sonra başqaları ilə dalaşardı, onları söyərdi. Amma uşağına heç nə etməzdi. Axşam zəng elədi dedi ki, uşağın başını kəsmişəm. Dəhşətə gəldim, inanmadım. Dedi ki, filan yerdədir, gedin götürün”.

Vahid İsgəndərov qardaşının belə bir əməl törətməsinin səbəbi kimi yoldaşı və qayınatası arasında olan mübahisəli vəziyyəti göstərdi:

“Hadisəyə səbəb onların münqaqişəli ailə olması oldu. Yoldaşı bundan ayrılmaq istəyirdi. Uşağın biri kənddə, bizimlə qalırdı. Biri də anası ilə qalırdı. Onlar da məhkəməyə verib, uşağı qardaşımdan almaq istəyirdilər. Bunların rəsmi nikahları belə yoxdur. Yoldaşı atası ilə birləşib uşağı almaq istəyirdi. Bu da vermirdi. Axırı da belə dəhşətlə sona çatdı”.

Nəşrin əldə etdiyi digər məlumata görə, son vaxtlaradək Z.İsgəndərovla qayınatası arasında münasibətlər normal olub. Hətta onlar bir neçə gün əvvəl birlikdə yeyib-içiblər də. Bu məclisdən sonra söhbət yenə də uşağın qaytarılması məsələsindən düşüb. Tərəflər bir-birini təhqir ediblər.

Bundan sonra isə qayınatası Zahiddən polisə şikayət edib. Z.İsgəndərov məhkəməyə veriləcəyi təqdirdə uşağın ondan alınacağını bilib.

Hər gün içki içən Z.İsgəndərov uşağı anasına və qayınatasına vermək istəmədiyi üçün bu addımı atıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

AzVision.az


Teqlər:  





Xəbər lenti