Trampın Bakıdakı oteli nə vaxt açılacaq? – ÖZƏL (FOTOLAR)

  10 Fevral 2016    Oxunub : 40970
Trampın Bakıdakı oteli nə vaxt açılacaq? – ÖZƏL (FOTOLAR)
ABŞ prezidentliyinə namizəd, biznesmen Donald Tramp son günlər qalmaqallarla gündəmə gəlir. O, müsəlmanları Amerikaya buraxmamaq təklifini irəli sürməklə böyük hay-küy doğurmudu. Cavabında CNN-in efirində ekspertlər ona xatırlatmışdılar ki, özünün müsəlman ölkələrində biznesi var və o ölkələrdən biri kimi Azərbaycanın adı da çəkilmişdi.

Tramp nəhəng biznes imperiyasının sahibidir. Milyarder New York, Çikaqo, Toronto, Las-Veqas, Panama, Miami, Vaşinqton, Rio de Janeoro kimi şəhərlərdə “Trump” adlı brend otellər şəbəkəsinə malikdir. Bakıda da eyni adlı – “Trump” oteli inşa edilib. Otel Heydər Əliyev Prospektinin yaxınlığında yerləşir. Ötən ilin son aylarından hazır vəziyyətə gətirilən otelin açılışı hələ yubanır.



Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də onun xüsusi razılığı əsasında inşa edilib. 2014-cü ildə milyarder bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” ,“Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir.

“Mother Jones” jurnalında Trampın Bakıdakı oteli ilə bağlı məqamlara toxunulub. Qeyd edilib ki, Bakı son illər tamamilə dəyişərək dünyanın müasit şəhərlərindən birinə çevrilib. “Bir-birinin ardınca ucalan göydələnlərdən biri də yelkən formasında tikilən 33 mərtəbəli “TrampTowers” otelidir”,- deyə məqalərədə xüsusilə vurğulanıb.

Donald Trampın Azərbaycandakı “Trump Hotel and Tower” otelinə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib.



Əməkdaşımız otellər şəbəkəsinin Amerikada yerləşən baş ofisi ilə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışıb. Baş ofisdən AzVision.az-a verilən məlumata görə, Bakıda yerləşən “Trump” otelinin ilin sonunda və ya gələn ilin əvvəlində açılışı planlaşdırılır.

“Otelin ötən ilin yay aylarında istifadəyə verilməsi planlaşdırılmışdı. Hesab edirik ki, otelin açılışı cari ilin sonlarında baş tuta bilər, ən pis halda “Trump” gələn il istifadəyə veriləcək”.

Donald Trampın Bakıda otelin açılışına gələcəkmi?



Baş ofisdən verilən məlumata görə, iş adamı bir çox açılışı mərasimlərində iştirak edir, bu onun şəxsi istəyindən aslı olan məsələdir: “O, əksər açılış mərasimlərində şəxsən iştirak edir.Ola bilər ki, Bakıdakı açılışda iştirak etsin. Amma bu haqda bizdə dəqiq məlumat yoxdur”.



Hafiz Əhmədov
Eldar Tanrıverdiyev
Fotolar: Elvin Abdulla

Teqlər: