Aktyor səhnədə özünü asdı

Aktyor səhnədə özünü asdı
  03 Fevral 2016    Oxunub:4808
İtaliyalı aktyor Rafael Şumaxer səhnədə tamaşa zamanı intihar edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, hadisədən sonra dərhal xəstəxanaya aparılıb.

“Xəyallar” tamaşası Piza şəhərində `Lux` teatrında səhnələşdirilib. Pyesdə qəhrəman özünə sui-qəsd edir. İlk variantda müəllif özünə atəş açaraq qətlə yetirilir. Lakin Şumaxer sui-qəsdi özünü asmaqla əvəzləməyi təklif edib.

Aktyor tamaşaçılardan birinin sayıqlığı nəticəsində xilas edilib. Hazırda aktyor xəstəxanaya yerləşdirilib. Onun komada olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti