Türkiyədə 57, Rusiyada isə 107 nəfər ölüb - `Donuz qripi`

Türkiyədə 57, Rusiyada isə 107 nəfər ölüb - `Donuz qripi`
  28 Yanvar 2016    Oxunub:1672
İlin əvvəlindən Türkiyədə "donuz qripi" virusundan 57 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Trend ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verir.

İndiyədək "donuz qripi" Giresun və Diyarbəkir vilayətlərində aşkar edilib.

Bu dövrdə Türkiyə xəstəxanalarına "donuz qripi" şübhəsi ilə aralarında xarici vətəndaşların da olduğu 3 mindən çox şəxs müraciət edib.

2016-cı ildən 471 Türkiyə vətəndaşında bu virus aşkar edilib.

Rusiyada isə "donuz qripi"ndən ölənlərin sayı 100 nəfəri keçib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Federasiyanın səhiyyə naziri Veronika Skvortsova bu rəqəmin 2009-cu ildəki epidemiya vaxtı qeydə alınan göstəricidən xeyli aşağı olduğunu deyib.

Xanım V.Skvortsova bildirib ki, ötən gün ölkədə bu virusdan ölənlərin sayı 107 nəfərə çatıb. Onlardan 4-ü hamilə qadın, 8-i isə uşaq idi.

AzVision.az


Teqlər:





Xəbər lenti