Dünyanın gözlədiyi qərar açıqlandı

Dünyanın gözlədiyi qərar açıqlandı
  28 Yanvar 2016    Oxunub:3460
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) bu ildə ilk iclası keçirilib.
AzVision.az xəbər verir ki, FES uçot dərəcəsini dəyişməyib.

Qeyd edək ki, FES-in bundan əvvəlki iclası 2015-ci il dekabr ayının 16-da keçirilmişdi. Həmin gün FES uçot dərəcəsini birdən-birə 0,25% yüksəltmişdi ki, bu da dolların bütün dünyada məzənnəsini qaldırmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25%-dən 0,5%-ə qədər yüksəltməsi Azərbaycanda da insanlar arasında dolların bahalaşacağı fikrini formalaşdırıb. Bu da öz növbəsində əhalinin dollar alqı-satqısı mərkəzlərinə üz tutmasına səbəb olub. Həmin gün mübadilə ilə məşğul olan şəxslər də səhərdən başlayaraq dollar satışında artım olduğunu etiraf etmişdi.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti