Qar Bakıdan uçuşlara necə təsir edib?

Qar Bakıdan uçuşlara necə təsir edib?
  26 Yanvar 2016    Oxunub:1522
Bakıda davam edən güclü qara baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanının işində heç bir problem müşahidə olunmur.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 şaxta, gündüz 0-2 isti, Bakıda gecə 0-2 şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti